Şirkət haqqında

Ana səhifə Şirkət haqqında

Resant Real Estate göydələnlər şəhəri olan müasir Bakının müxtəlif yerlərində 7 layihəyə imza ataraq tikinti sahəsində öz sözünü demiş və çox qısa bir vaxt ərzində əhalinin rəğbətini qazanmağa nail olmuşdur. Yarandığı gündən etibarən şirkətimizin əsas öncəliyi bizi seçən hər kəsi sağlam bünövrəyə malik  binada sərfəli şərtlərlə mənzil sahibi etməkdir. 

Şirkətimiz bugünədək “Crown City Residence”,  “CIDIR Residence”,  “Akhmedli Residence” və “Baku Galaxy Park” kimi yaşayış komplekslərinin inşasını tamamlamış,  rəsmi çıxarış və qazla təmin etmişdir. Bu komplekslərdən Gənclik m/s-nın yaxınlığında yerləşən “CIDIR Residence” və “Crown City Residence” layihələrindəki   bütün mənzillər tam təmirli olaraq sakinlərin istifadəsinə verilmişdir.

Tikintisi davam edən layihələrimizdən olan “Park Narimanov”, “Nargila Residence” və  “28 Park Residence” yaşayış komplekslərindən  Nargilə dairəsinin yaxınlığında yerləşən “Nargila Residence”-in inşası 2020-ci ilin sonlarında, digər iki kompleksimizin inşası isə 2021-ci ilin birici yarısında tamamlanacaq. Bu layihələrimizin səciyyəvi xüsusiyyətlərindən biri də dəniz mənzərəli eyvanlara və geniş mənzil seçiminə malik olmasıdır.

Yeraltı avtodayanacağı olan hər bir yaşayış kompleksimizdə sakinlərin təhlükəsizliyi nəzərə alınaraq  təhlükəsizlik kameraları quraşdırılmışdır ki, binanın mühafizə xidməti 7/24 bu kameraları daima nəzarət altında saxlayaraq asayişi qoruyur.